...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 21 İyul 2022 16:32 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 232 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 424, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 156, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 383, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 269 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 798 492, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 362 991, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 856 720, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 326 543, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 252 238 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti