Bakı. Trend:
Bu il 50 minə yaxın şəxsin tələbə adını qazanacağını gözləyirik.
Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı media üçün brifinqdə deyib.
Nazir qeyd edib ki, bu il təxminən 10 min məzunun magistraturaya qəbulu nəzərdə tutulur.
E.Əmrullayevin sözlərinə görə, 2026-cı ilin sonuna qədər tələbələrin sayının 75 minə qədər artırılması planlaşdırılır.