Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Milli Məclisin deputatı Sevil Mikayılova Qımılqışlaq kəndində səyyar qəbul keçirib. Qəbulda Qımılqışlaq İnzibati Ərazi Dairəsinə daxil olan Qımılqışlaq, Mollabürhanlı, Çuxuroba, Maşıoba, Mirzəmmədqışlaq, Qadaşoba, Ağarəhimoba, Şıxlar və Hacıisaoba kəndlərində yaşayan sakinlərin müraciətləri dinlənilib. Görüşdə yerli hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbələri də iştirak edib.
İştirakçılar əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir
dəqiqəlik sükutla yad edib.
Daha sonra vətəndaşlar müraciət və təkliflərini səsləndiriblər.
Sakinlər kəndlərin qazlaşdırılması, yaşayış məntəqələri üzrə
elektrik təsərrüfatının yenilənməsi, kəndlərarası yolun təmiri,
içməli və suvarma suyu ilə təchizatla bağlı müraciətlərini
səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq
tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll
edilib.
Milli Məclisin deputatı Sevil Mikayılova səsləndirilən
müraciətlərin operativ şəkildə araşdırılaraq, qanunvericiliyə uyğun
həll edilməsi üçün aidiyyəti qurumlarla əlaqə yaradılacağını
bildirib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.