...

Peşə təhsil müəssisələrində axşam qrupları olacaq

Cəmiyyət Materials 1 Avqust 2022 11:43 (UTC +04:00)
Peşə təhsil müəssisələrində axşam qrupları olacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu il ilk dəfə olaraq peşə təhsil müəssisələrinə axşam qrupları üzrə də qəbul aparılır.

Trend-in məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini müvəqqəti icra edən Ceyhun Kərəmov deyib.

O qeyd edib ki, çalışan insanlar da peşə təhsili almaq istəyir. “Bunu nəzərə alaraq axşam qrupları üzrə də qəbul aparılacaq və bu məqsədlə 920 yer nəzərdə tutulur”, - deyə o bildirib.

Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbuluna start verilir. 1 avqust tarixindən etibarən Peşə təhsil müəssisələrinə 2022/2023-cü tədris ili üzrə tələbə qəbuluna başlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti