...

Azərbaycan Turizm və Menecment Universiteti publik hüquqi şəxsə çevrilib

Cəmiyyət Materials 10 Avqust 2022 09:41 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Turizm və Menecment Universiteti publik hüquqi şəxsə çevrilib.

Trend xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

Qərara əsasən Azərbaycan Turizm və Menecment Universiteti Dövlət Turizm Agentliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Turizm və Menecment Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək .

Universitetin yeni Nizamnaməsi də təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti