...

Sabah temperatur 40 dərəcəyədək yüksələcək

Cəmiyyət Materials 11 Avqust 2022 12:19 (UTC +04:00)
Sabah temperatur 40 dərəcəyədək yüksələcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Avqustun 12-də Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Abşeron yarımadasında gecə 22-26° isti, gündüz 32-37° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-25° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti