...

Ağalı məktəbinə vakansiya seçiminə start verilir

Cəmiyyət Materials 17 Avqust 2022 14:49 (UTC +04:00)
Ağalı məktəbinə vakansiya seçiminə start verilir

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinə müddətli müqavilə ilə vakansiya seçiminə start verilir.

Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, vakansiya seçimində müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.

Müraciət etmək üçün aşağıdakı linkə daxil olaraq müvafiq məlumatları və vakansiyanı qeyd edərək sorğunu tamamlamaq lazımdır.

Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLScDMu4wn22kq0nf8EDTaZPfE26TkxWEv76ACvHaF1VskG0qUg/viewform?usp=pp_url

Vakansiya seçimi üçün son müraciət tarixi 19 avqust saat 18:00 müəyyən olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti