Bakı. Trend:
İlk dəfə təşkil edilən Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və sərgisi hər iki dövlətin əməkdaşlığa ən yüksək səviyyədə verdiyi dəstəyin növbəti təzahürüdür.
Trend-in məlumatına görə, səhiyyə naziri Teymur Musayev Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və sərgisinin açılış mərasimi zamanı bunu deyib.
Nazir qeyd edib ki, “YAŞAT” fondu vasitəsilə 200 nəfərə yaxın həmvətənimiz Türkiyəyə müalicəyə göndərilib.
“Hazırda 700-dən çox türk tələbə Azərbaycan Tibb Universitetində təhsil alır. Türkiyəli həmkarlarımızla əməkdaşlıq COVID-19 pandemiyası dövründə daha intensiv hal aldı. Bununla yanaşı TURKOVAC vaksininin 3-cü faza sınaqları Azərbaycanda keçirilir. Türkiyə ilə münasibətlər Azərbaycan üçün xüsusi xarakter daşıyır. Türkiyə ilə əməkdaşlıq yalnız ikili formatda deyil, beynəlxalq müstəvidə də davam edir”,- deyə T.Musayev bildirib.