...

Peşə hazırlığının keyfiyyətinin artırılması məsələsi müzakirə edilib (FOTO)

Cəmiyyət Materials 26 Sentyabr 2022 17:30 (UTC +04:00)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Dünya Bankının “Azərbaycanda Məşğulluğa dəstək” layihəsinin ekspertləri ilə görüş keçirilib.

Görüşdə Agentlik tərəfindən peşə hazırlığı sisteminin təkmilləşdirilməsi və effektivliyinin artırılması, dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə, bu sahədə çevikliyin və rəqabətliliyin təmin olunması, mövcud peşə istiqamətləri ilə bağlı yeni təlim-tədris materiallarının hazırlanması, mövcud tədris materiallarının yenilənməsi istiqamətində müzakirələr aparılıb.

Müzakirələr zamanı əmək bazarında zəruri hesab olunan peşə və ixtisaslar üzrə kadr hazırlığının həyata keçirilməsi, tədris proqramlarının müasir standartların tələblərinə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin uğurlu təcrübələrinin öyrənilməsi və ölkəmizdə tətbiq edilməsi istiqamətində təkliflər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti