...

Mərkəzi Gömrük Hospitalında 27 sentyabr Anım gününə həsr edilmiş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Sentyabr 2022 16:21 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalında 27 sentyabr Anım gününə həsr edilmiş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalında 27 sentyabr Anım gününə həsr edilmiş tədbir keçirilib.Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavinləri Şahlar Mirqasım, Elnurə Novruzova, İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov, baş həkimin müavinləri Rəna Qasımova, Bəxtiyar Musayev və Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov tədbir iştirakçılarını Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırıb.

Tədbirdə Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin torpaqlarımızın düşmən təcavüzündən azad edilməsi uğrunda göstərdiyi misilsiz qəhrəmanlıqdan, Zəfər tarixindən, Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdikləri şücaət və fədakarlığından danışıb. Ceyhun Məmmədov bildirib ki, Azərbaycan xalqı, şanlı ordumuz Prezident İlham Əliyevin ətrafında “Dəmir yumruq” kimi birləşərək 44 günlük müharibə dövründə 30 ilə yaxın bir müddət ərzində ermənilər tərəfindən işğal altında olan olunan 5 şəhər, 4 qəsəbə və 286 kəndi azad etmişdir.

Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov 44 günlük müharibə dövründə Azərbaycan gənclərinin könüllü olaraq müharibəyə getməyə can atması, müharibəyə böyük ruh yüksəkliyi və bayraqlarla getməsi, döyüş meydanında göstərdikləri qəhrəmanlıq, Mərkəzi Gömrük Hospitalının bütün tibb personalının müalicə alan yaralı zabit və əsgərlərə ən doğma insanı kimi tibbi xidmət göstərməsi barədə danışıb.

Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım 44 günlük müharibə dövründə hərbi qulluqçularla yanaşı, tibb işçilərinin də göstərdiyi böyük qəhrəmanlıq və şücaət barədə ətraflı məlumat verib. Rəis müavini Şahlar Mirqasım Vətən müharibəsi zamanı öz ailəsindən və yaxın ətrafından olan həkimlərin könüllü olaraq hərbi hospitallara gedərək yaralı əsgərlərimizə xidmət göstərdiyi haqqında danışıb.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Elnurə Novruzova 44 günlük Vətən müharbəsi dövründə Şanlı Ordumuzun əsgər və zabitlərinin qələbəyə olan inamından, Zəfərə gedən yolda göstərdikləri qəhrəmanlıqdan danışıb. Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova bildirib ki, 44 günlük Vətən müharibəsi müddətində Mərkəzi Gömrük Hospitalının müharibədə iştirak edən əməkdaşları, onların qəhrəmanlığı, eyni zamanda Hospitalın sosial səhifələrdə apardığı təbliğat işləri barədə danışıb.

Mərkəzi Gömrük Hospitalının rəis müavini Bəxtiyar Musayev müharibə dövründə Türkiyənin Azərbaycana göstərdiyi dəstək barədə xüsusilə qeyd edib. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev müharibə dövründə erməni işğalçıları tərəfindən törədilən təxribatlar barədə, Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi, kardioloq Tamilla Əliyeva müharibədə iştirak edən əsgər və zabitlərimizin şücaəti, cəsarəti, dözümlülüyü Vətənə olan sevgisindən danışıb.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalıq tərəfindən hər zaman ehtitamla yad olunur. Allah şəhidlərimizə rəhmət eləsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti