...

Mərkəzi Nəbatat Bağına giriş bağlanır

Cəmiyyət Materials 16 Noyabr 2022 09:52 (UTC +04:00)
Mərkəzi Nəbatat Bağına giriş bağlanır
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Nəbatat Bağına giriş qadağan ediləcək.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mərkəzi Nəbatat Bağının rəhbərliyindən bildirilib.

Məlumatda bildirilir ki, parkın ərazisində təmir işlərinə başlanılıb.

"Aparılan abadlıq yenidənqurma və tikinti işləri ilə əlaqədar bura istirahətə gələn vətəndaşların təhlükəsizliyinin təminatı məqsədi ilə noyabrın 19-dan etibarən Mərkəzi Nəbatat Bağına ziyarətçilər üçün giriş bağlı olacaq",- məlumatda qeyd edilib.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi üçün 25 milyon manat ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti