...

Azad olunmuş ərazilərdə 60 min hektara yaxın ərazi minalardan təmizlənib - Vüqar Süleymanov

Cəmiyyət Materials 17 Noyabr 2022 10:39 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

10 noyabr 2020-ci ildən bu günədək Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 59 055 hektar ərazi təmizlənib, 76 810 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov bu gün keçirilən “Mina Təhlükəsi ilə Mübarizə: çağırışlar və imkanlar” adlı beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, bunlardan 13 211 tank əleyhinə mina, 26 899 piyada əleyhinə mina, 36 700 isə partlamamış hərbi sursatlar olub.

"Təəssüflər olsun ki, 2-ci Qarabağ müharibəsindən keçən dövr ərzində 268 nəfər mina partlayışından zərər çəkib, onlardan 44 nəfəri həyatını itirib. Azərbaycanın 2030-cu ilədək Milli Prioritetləri sırasında azad edilmiş ərazilərin bərpası və bu ərazilərə təhlükəsiz həyatın qaytarılması əsas strateji hədəflərdən biri kimi müəyyən edilib. Bu baxımdan beynəlxalq minatəmizləmə qurumlarının potensial imkanlarının öyrənilməsi, təcrübə və nəticələrin dəyərləndirilməsi, habelə, minatəmizləmə əməliyyatları zamanı yaranan çətinliklərin aradan qaldırılmasında yeni yanaşmaların tətbiqi, keyfiyyətli və səmərəli nəticələrin əldə olunması və mümkün əməkdaşlıq imkanları ANAMA -nın əsas diqqət etdiyi sahələrdəndir", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti