...

Xaçmaz rayonunda könüllülərlə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 28 Noyabr 2022 14:35 (UTC +04:00)
Xaçmaz rayonunda könüllülərlə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətində bir qrup gənc könüllülərlə görüş keçirilib. Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək məqsədilə ölkəmizdə könüllülük hərəkatının geniş vüsət aldığını bildirib. Dövlət qulluğunda çalışmağın məsuliyyətli və şərəfli olduğunu vurğulayıb. Qeyd edib ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bəzi idarə, müəssisə və təşkilatlara cəlb olunmuş könüllülər ictimai işlərdə fəal iştirak edərək, fəaliyyət göstərdikləri sahələrdə xeyli təcrübə qazanıblar.

Görüşdə icra hakimiyyətində fəaliyyət göstərən könüllülərin gördükləri işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, könüllülər daxili nizam-intizam qaydalarına ciddi əməl edərək, verilən tapşırıqları vaxtında yerinə yetiriblər.

Sonda Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev könüllülərə icra hakimiyyətinin sertifikatlarını təqdim edib.

Könüllülər onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Prezident İlhamƏliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti