...

Müharibədən əziyyət çəkmiş 1187 vətəndaşa psixoloji yardım göstərilib (FOTO)

Cəmiyyət Materials 1 Dekabr 2022 12:38 (UTC +04:00)
Müharibədən əziyyət çəkmiş 1187 vətəndaşa psixoloji yardım göstərilib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə yenidən Türkiyədən ölkəmizə gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq FHN-in mütəxəssisləri ilə birgə sentyabrın 5-dən etibarən fəaliyyətlərini davam etdirirlər.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Belə ki, ötən müddət ərzində 1187 vətəndaşa, o cümlədən 180 uşağa 2837 seans psixoloji yardım göstərilib.

Xatırladaq ki, hazırda Bakı, Gəncə, Bərdə, Xaçmaz və Cəlilabad şəhərlərində ödənişsiz həyata keçirilən psixoloji yardım üçün vətəndaşlar Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti