...

Mədəniyyət Nazirliyinin həbs edilən şöbə müdirinin yerinə müvəqqəti təyinat olub

Cəmiyyət Materials 3 Dekabr 2022 12:06 (UTC +04:00)
Mədəniyyət Nazirliyinin həbs edilən şöbə müdirinin yerinə müvəqqəti təyinat olub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Mədəniyyət Nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinat olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, nazir Anar Kərimovun müvafiq əmri ilə Mədəniyyət Nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri vəzifəsinin icrası şöbə müdirinin müavini Elmir Ağayeva həvalə edilib.

Xatırladaq ki, bundan öncə şöbə müdiri olan İlkin Nəsibov Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə (mənimsəmə və ya israf etmə) həbs edilib, nazir müavini Elnur Əliyev vəzifəsindən azad olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti