...

ADPU tələbələri Tibb Universitetinin anatomiya muzeyində praktik dərs keçib (FOTO)

Cəmiyyət Materials 7 Dekabr 2022 12:26 (UTC +04:00)
ADPU tələbələri Tibb Universitetinin anatomiya muzeyində praktik dərs keçib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin tələbələri “Uşaq anatomiyası, fiziologiyası və gigiyenası” fənni üzrə növbəti dərsini Azərbaycan Tibb Universitetinin (ATU) “İnsan anatomiyası və tibbi terminologiya” kafedrasının nəzdində olan muzeydə keçiblər.

Fənn müəllimi Səadət Qəmbərovanın rəhbərliyi ilə keçirilən praktik dərsdə ATU-nun “İnsan anatomiyası və tibbi terminologiya” kafedrasının müəllimi Ramilə Babayeva muzeydə olan çoxlu sayda uşaq orqanizminə aid eksponatlar haqqında ingilis dilində informasiya verib.

Əyani formada tədrisin aparılması, keçilən nəzəri materialların daha yaxşı mənimsənilməsi və təhsilin keyfiyyətinə nəzrarətin gücləndirilməsi məqsədi ilə dərsdə İbtidai təhsil fakültəsinin dekan müavini Afət Həsənova da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti