...

Bəzi rayonların ərazisində elektrik enerjisi verilişində fasilə yaranıb (VİDEO)

Cəmiyyət Materials 12 Dekabr 2022 18:18 (UTC +04:00)
Bəzi rayonların ərazisində elektrik enerjisi verilişində fasilə yaranıb (VİDEO)

Bakı. Trend:

Respublika ərazisində qarlı və qeyri-sabit hava şəraiti səbəbindən Yardımlı, Qax, Şamaxı, Daşkəsən və Sabirabad rayonları ərazisində bəzi kəndlərin elektrik enerjisi verilişində fasilə yaranıb.

“Azərişıq” ASC-dən bu gün Trend-ə verilən məlumata görə, ASC-nin Qəza xidmətinin əməkdaşları dərhal həmin ərazilərə cəlb edilib, abonentlərin elektrik enerjisi ilə təchiz olunmaları üçün” ASC-nin bütün imkanları səfərbər olunub.

"Kəskin hava şəraiti işin intensiv aparılmasına mane olsa da, lakin 6500-ə yaxın abonentin elektrik enerjisi verilişinin bərpası istiqamətində ciddi işlər görülür", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti