Bakı. Trend:
ASAN xidmətin fəaliyyətləri dünya miqyasında tanınıb
Trend-in məlumatına görə, bunu bu gün “Müasir İdarəetməyə gedən yol: Dayanıqlı və İnnovativ dövlət xidmətlərinə doğru” adlı beynəlxalq forumda çıxışı zamanı Birləşmiş Millətlər Təşkilatının Baş katibinin köməkçisi Nixil Set deyib.
O qeyd edib ki, Azərbaycanın bu cür nümunələri bütün insanların inkişafının əsasını təşkil edir.
“Təəccüblü deyil ki, ASAN xidmətin fəaliyyətləri dünya miqyasında tanınıb. Bu tanınmalar və təcrübələr daha da çox artacaq və digər ölkələrə nümunə olacaq”,- deyə o əlavə edib.