Bakı. Trend:
16 dekabr 2022-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının Sahil qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
Qəbulda Sahil qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Keçirilmiş səyyar qəbulda 70-ə yaxın qəsəbə sakinləri iştirak etmişdir.
Sakinlərdən 11 nəfəri fərdi qaydada dinləyən Rayon İcra
Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin
həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq
tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll
edilmişdir.
Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.