...

“Həkimlərimizi tanıyın!” rubrikamızda Dr.Emin Məmmədovu təqdim edirik

Cəmiyyət Materials 16 Dekabr 2022 15:56 (UTC +04:00)

Bakı. Trend:

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə dəqiq diaqnozları ilə pasiyentlərin inamını və etibarını qazanmış Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı radioloqu Emin Məmmədovu təqdim edirik.

DR. EMİN MƏMMƏDOV Mərkəzi Gömrük Hospitalında Maqnit Rezonans Tomoqrafiya və Kompüter Tomoqrafiya - ümumi radiologiya, neyroradiologiya, döş qəfəsi radiologiyası, əzələ-dayaq sistemi radiologiyası, uşaq radiologiyası, qara ciyərin KT volümetriyası, rentgen, sümük densitometriyası diaqnostika metodları ilə müayinələri həyata keçirir.

Dr. Emin Məmmədov 2007-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş, 2007-2008-ci illərdə Milli Onkologiya Mərkəzində şüa diaqnostikası ixtisası üzrə internatura təhsili almışdır. 2009-cu ildən Mərkəzi Gömrük Hospitalında radioloq kimi fəaliyyət göstərir.

Dr. Emin Məmmədov öz üzərində çalışan, bilik və bacarıqlarını zənginləşdirən yüksək ixtisaslı mütəxəssisdir. O, 2010-cu ildə Türkiyənin İstanbul şəhərində yerləşən məşhur Florence Nightingale Xəstəxanalar Qrupunda və 2011-ci ildə İstanbulun Qaziosmanpaşa xəstəxanasında ixtisasartırma kursları keçmiş, 2019-cu ildə isə Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Radioloji konfransında iştirak etmişdir.

Həmçinin, Emin həkimin Mərkəzi Gömrük Hospitalın ümumi cərrahiyyə şöbəsinin rəisi Namiq Novruzov və Azərbaycan Tibb Universitetinin professoru Nuru Bayramov ilə birlikdə müəllif olduğu “Potensial canlı qaraciyər donorlarında qaraciyər parenximasının preoperativ dəyərləndirilməsi” adlı elmi məqaləsi “Elsevier” nəşriyyat evinə daxil olan nüfuzlu “Transplantation Proceedings” jurnalının 2019-cu ilin sentyabr nömrəsində ingilis dilində dərc olunub. Dr. Emin Məmmədov Avropa Radioloji Cəmiyyətinin üzvüdür. Dr. Emin Məmmədovun qəbuluna yazılmaq üçün əlaqə nömrələri: (012) 404-08-08.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti