...

Şuşa və Laçının hava şəraiti açıqlanıb

Cəmiyyət Materials 17 Dekabr 2022 12:33 (UTC +04:00)
Şuşa və Laçının hava şəraiti açıqlanıb

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Şuşa, Kəlbəcər və Laçında dekabrın 17-də hava şəraitinin gün ərzində arabir az yağıntılı olacağı, axşam isə əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, axşam 3 dərəcəyədək şaxta olacaq.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.

Dekabrın 18-də hava şəraitinin yağmursuz keçəcəyi, səhər və axşam arabir duman olacağı gözlənilir. Qərb küləyinin sürəti 3-8 m/s olacaq. Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Dekabrın 19-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi axşam mülayim qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti