Bakı. Trend:
Gənclər başa düşməlidir ki, əmək bazarında onlar ən azı 5 dəfə fəaliyyət istiqamətlərini dəyişməli olacaqlar.
Trend-in məlumatına görə, bunu bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Gələcəyə hazır ol" karyera inkişafı forumunda deyib.
O bildirib ki, gənclər öz sahələrində olan proqramlarla işləməyi bacarmalıdır.
“İndiki zamanda insanın savadlı olması yalnız oxuyub yazmaqla ölçülmür. IT texnologiyasını istifadə etməyi bacarmaq mütləq lazımdır”,- deyə M.Abbaszadə əlavə edib.