...

Meşələrin zərərvericilərdən qorunması istiqamətində tədbirlər həyata keçirilir (FOTO)

Cəmiyyət Materials 23 Dekabr 2022 14:31 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İl ərzində 900 hektardan artıq meşə fondu torpağında aqrotexniki, kimyəvi və mexaniki mübarizə tədbirləri aparılıb.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev Trend-ə bildirib ki, meşələrin zərərverici və xəstəlik törədicilərindən qorunması və bioloji baxımdan davamlılığının artırılması məqsədilə beynəlxalq layihə çərçivəsində FAO təşkilatı ilə birlikdə yerli və xarici mütəxəssislərin iştirakı ilə meşə fondu və digər yaşıllıq ərazilərdə monitorinqlər keçirilib.

“Aparılan monitorinqlərin nəticəsində şam və şabalıd ağaclarının quruma səbəblərinin aradan qaldırılması ilə bağlı ilkin tövsiyələr hazırlanıb”, - deyə V. Fərzəliyev bildirib.

Xidmət rəsmisinin sözlərinə görə, son dövrlərdə respublikamızın şimal-qərb bölgəsində rast gəlinən qəhvəyi mərmər bağacığı zərərvericisinin meşə fondu ərazilərində yayılması ilə bağlı hazırda müvafiq müayinə və müşahidə işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti