...

800-ə qədər müəllim azad edilmiş ərazilərdə işləmək istədiyini deyib - Nazir

Cəmiyyət Materials 24 Dekabr 2022 12:08 (UTC +04:00)
800-ə qədər müəllim azad edilmiş ərazilərdə işləmək istədiyini deyib - Nazir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Müəllimlərin işğaldan azad edilmiş ərazilərdə işləməyə həvəsi böyükdür. Artıq 800-ə qədər müəllim işləmək arzusunu ifadə edib.

Trend-in məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Yeni Azərbaycan Partiyası tərəfindən təşkil olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr edilmiş “Böyük qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfransda deyib.

Nazir bildirib ki, növbəti tədris ilində Şuşa və Ağdamda olan 960 yerli orta məktəblərin tikintisi başa çatacaq. “Suqovuşan qəsəbəsində məktəb tikintisi başa çatıb. Zəngilan, Kəlbəcər, Füzuli şəhərlərində peşə liseylərinin layihələndirilməsinə başlanılıb”, - deyə E.Əmrullayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti