...

Bu universitetdən qara görə imtahanlarda iştirak edə bilməyən tələbələrə güzəşt

Cəmiyyət Materials 9 Yanvar 2023 12:11 (UTC +04:00)
Bu universitetdən qara görə imtahanlarda iştirak edə bilməyən tələbələrə güzəşt

Bakı. Trend:

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) qış imtahan sessiyasının imtahanları qrafik üzrə davam edir.

ADPU-dan Trend-ə verilən məlumata görə, hazırda ölkə ərazisində və paytaxt Bakı şəhərində müşahidə olunan qarlı hava şəraiti ilə bağlı imtahanların təşkilində hər hansı problem yoxdur.

Bununla belə, Pedaqoji Universitet rəhbərliyi bildirir ki, kəskin hava şəraiti ilə bağlı yarana biləcək problemləri nəzərə alaraq, imtahanlarda iştirak edə bilməyən və ya imtahana gecikən tələbələr üzürlü hesab olunacaq və onlara əlavə vaxt təyin edilərək iştirak edə bilmədikləri və ya gecikdikləri imtahanlara yenidən qatılma imkanı yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti