...

Qarlı havada yerüstü metrostansiyalarda təhlükəsizlik necə təmin olunub?

Cəmiyyət Materials 10 Yanvar 2023 12:34 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 9-da ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi nəticəsində Bakı metropoliteninin elektrik depolarında və yerüstü metrostansiyalarda problem yaranmayıb.

Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, metropoliten əməkdaşlarının gecə saatlarından gücləndirilmiş rejimdə fəaliyyət göstərməsi nəticəsində depo ərazilərində qatar relslərində yarana biləcək problemin qarşısı alınıb: "Gecə saatlarından etibarən qatar relsləri və depo əraziləri nəzarətə götürülüb, ərazilər təmzilənərək hazır vəziyytə gətirilib".

B.Məmmədov bildirib ki, həmçinin, metropolitenin "Bakmil" və "Xocəsən" stansiyalarında da sərnişinlərin təhlükəsiz daşınması həyata keçirilib.

"Əvvəlki illərdən fərqli olaraq, hazırda hər iki stansiyanın sərnişin platforması xüsusi çətirlərlə örtülü vəziyyətdədir, stansiyalarda qapalı gözələmə zalları olduğundan daşımada heç bir problem yaranmayıb. Hazırda hər iki stansiya fəaliyyətini normal qaydada həyata keçirir",-qurum rəsmisi deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti