...

Azərbaycanda ailə məhkəmələri yaradılsın - Təklif

Cəmiyyət Materials 18 Yanvar 2023 11:31 (UTC +04:00)
Azərbaycanda ailə məhkəmələri yaradılsın - Təklif
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif edilir.

Trend-in məlumatına görə, bu təkliflə deputat Sədaqət Vəliyeva Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında çıxış edib.

S.Vəliyeva həmçinin nikah müqaviləsi ilə bağlı da dinləmələr keçirilməsini təklif edib. “Biz nikah müqaviləsinin adını dəyişib, evlilik anlaşması kimi qanunvericiliyə daxil etməliyik. İkincisi bizim ailə məhkəmələrinə ehtiyacımız var. Mövcud məhkəmələrin ailənin niyə dağılması ilə maraqlanmağa vaxtı yoxdur”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti