...

Ötən il boşanmaların sayı azalıb

Cəmiyyət Materials 18 Yanvar 2023 17:12 (UTC +04:00)
Ötən il boşanmaların sayı azalıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin yanvar-noyabr aylarında qeydiyyat şöbələri tərəfindən 57033 nikaha daxilolma və 14525 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən xəbərə görə, əhalinin hər 1000 nəfərinə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,5-dən 6,2-yə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşüb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr aylarında qeydiyyat şöbələri tərəfindən 51870 nikaha daxilolma və 13139 boşanma halları qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti