...

DGK-nın Tibbi Xidmət İdarəsi tərəfindən maarifləndirici tədbir həyata keçirilib

Cəmiyyət Materials 24 Yanvar 2023 10:18 (UTC +04:00)

Bakı. Trend:

23 yanvar 2023-cü il tarixində “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin ofisində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən maarifləndirici tədbir keçirilib.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi tərəfindən təşkil olunmuş tədbirdə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin Bərpa və yenidənqurma departamentinin müdiri Yalçın Məmmədov salamlama nitqi ilə çıxış edərək ilan zəhərlənmələri, həşərat dişləmələri, o cümlədən müxtəlif zədələnmələr zamanı ilk tibbi yardımın göstərilməsi mövzusunun kifayət qədər aktual xarakter daşıdığını qeyd edib. Y.Məmmədov Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalı ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib və maarifləndirici tədbirlərin davamlı xarakter daşıyacağına inandığını qeyd edib.

Daha sonda Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının təcili yardım şöbəsinin həkimi Cavad Cabbarov və Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmətinin əməkdaşı, təlimçi-instruktor Hüseyin Qasımov həkimə qədər ilk tibbi yardım, ilan, əqrəb, hörümçək və həşərat sancmaları, eləcə də müxtəlif zəhərlənmələr zamanı ilk tibbi yardım mövzusunda təqdimatlarla çıxış ediblər.

Tədbir zamanı nəzəri məlumatlarla yanaşı iştirakçıların praktiki bacarıqları da inkişaf etdirilib. Belə ki, tədbir iştirakçıları öyrəndikləri nəzəri məlumatları təcrübədə tətbiq ediblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti