Bakı. Trend:
Magistral su kəmərində qəza baş verib.
Bu barədə Trend-ə "Azərsu"Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, baş vermiş qəza ilə əlaqədar 28 yanvar 2023-cu il tarixində gün ərzində Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.