...

"Yeni trendlər və gənclər" bloqer və jurnalistlərin l Forumu keçirilib (FOTO)

Cəmiyyət Materials 30 Yanvar 2023 22:49 (UTC +04:00)
"Yeni trendlər və gənclər" bloqer və jurnalistlərin l Forumu keçirilib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend

Yanvarın 30-da "Yeni trendlər və gənclər" bloqer və jurnalistlərin l Forumu keçirilib.

Trend xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan forumda müxtəlif sahələr üzrə məşhur olan 100-dən çox bloqer və jurnalist iştirak edib.

Forum dövlət himnimizin səsləndirilməsi və Vətən müharibəsi Şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov forumun işinə uğurlar arzulayıb.

Tədbirdə müxtəlif istiqamətlər üzrə sosial media mövzusunda mövcud vəziyyət müzakirə edilib, təkliflər dinlənilib. Maraqlı ideya və təkliflərlə çıxış edən bloqerlər və jurnalistlər onları narahat edən məsələlər haqqında məlumat veriblər.

Forumda nazir müavini İndira Hacıyeva, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti