...

Azərbaycan keyfiyyətli şəkildə şəhərlərini yenidən qurur - Britaniyalı səyyah

Cəmiyyət Materials 5 Fevral 2023 17:09 (UTC +04:00)
Azərbaycan keyfiyyətli şəkildə şəhərlərini yenidən qurur - Britaniyalı səyyah
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Laçın. Trend:

Azərbaycan keyfiyyətli şəkildə şəhərlərini yenidən qurur.

Bunu Trend-ə bazar günü Böyük Britaniyadan olan səyyah Vilyam Qilkrast deyib.

"Mən özüm tikinti biznesi ilə məşğulam və bu gün Laçında və ondan əvvəl başqa yerlərdə gördüklərimi həqiqətən yaxşı iş hesab etmək olar", - deyə səyyah bildirib.

V.Qilkrast vurğulayıb ki, yenidənqurma işlərinin davam etdiyini, evlərini tərk etmək məcburiyyətində qalan insanların tezliklə evlərinə qayıda biləcəyini görmək sevindirici haldır.

O, işğaldan azad edilmiş torpaqlardakı mənzərəyə də heyran olduğunu bildirib.

"Biz əslində 3260 metr yüksəklikdə olan dağ keçidinə çıxdıq, bu, tamamilə heyrətamiz idi. Temperatur -10 idi. Mən bir çox ölkələrə səyahət etmişəm və bu, gördüyüm ən yaxşı mənzərələrdən biri idi. Mən Azərbaycan hökumətinə və bizim üçün bu turu təşkil edən insanlara təşəkkür etmək istəyirəm. Tamamilə möhtəşəm vaxt keçirdik", - deyə səyyah bildirib.

Qeyd edək ki, geniş tərkibdə beynəlxalq səyahətçilər qrupunun bu gün Laçın şəhərinə səfəri başlayıb. 30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın tanınmış səyyahları daxildir.

Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir. Belə ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətlərinin ötən iki ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Səfərlərin biri 2021-ci ildə, dördü isə 2022-ci ildə olub.

Xatırladaq ki, səyahətçilərin ötən gün işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb. Onlar dünən Füzuli-Xocavənd-Şuşa marşrutu üzrə hərəkət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti