...

3727 şəxsə iş yerlərinə göndəriş verilib

Cəmiyyət Materials 10 Fevral 2023 11:02 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə daha 200 şəxsə iş yerlərinə göndəriş verildi.

Nazirlikdən Trend-ə verilən məlumata görə, həmin şəxslərin bir il ərzində əmək haqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdiriləcək. Bu da qeyd olunan işçilərin məşğulluğunun təminatına şərait yaratmaqla, müvafiq işəgötürənlərə də dəstək məqsədi daşıyır.

Ümumilikdə iki il əvvəl icrasına başlanan proqram üzrə ötən dövrdə 500-dən çox işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb və bu əməkdaşlıq çərçivəsində 3727 şəxsə iş yerlərinə göndəriş verilib.

Proqrama qoşulmaq istəyən işəgötürənlər https://dma.gov.az/reyestrler/birge-maliyyelesme-uzre-reyestre-muraciet-et Agentliyin rəsmi saytından müraciət edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti