...

Ötən ay özəl təsərrüfat subyektlərinin satdığı malların dəyəri üç faizə yaxın artıb

Cəmiyyət Materials 13 Fevral 2023 12:09 (UTC +04:00)

Bakı. Trend:

2023-cü ilin yanvar ayında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni ayı ilə müqayisədə real ifadədə 2,7 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,6 faizini təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2022-ci ilin yanvar ayı ilə müqayisədə 2023-cü ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1,4 faiz, fərdi sahibkarlar üzrə 3,9 faiz, bazar və yarmarkalarda 2,5 faiz artıb.

Hesabat ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla 424,3 manatlıq, o cümlədən 236,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 187,4 manatlıq qeyri-ərzaq malları alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti