Bakı. Trend:
Uşaqlarda çox rastlanan və valideynlərini narahat edən göbək yırtığı.
Göbək yırtığı uşaq doğulduqdan sonar göbək kanalının bağlanmaması hesabına əmələ gəlir. 90% halda 3 yaşına qədər özlüyündən keçir.
Əlamətləri:
Uşaq ağlayan, gücənən zaman göbəkdə yaranan , artıb azalan şişkinlik göbək yırtığının əsas əlamətidir.
Göbək yırtığı ağrı, narahatlıq və əsasən həzm problemlərinə yol açır.
Müalicəsi:
Normada göbək yırtığı 3 yaşına qədər heç bir müalicə olunmadan öz-özünə keçir.
Əgər 3 yaşına qədər keçməmişdirsə, 1 dəfə belə olsun boğulma
olmuşdursa, yırtıq defektinin eni 1.5 sm.dən böyükdürsə bu zaman
yırtıq cərrahi yolla aradan qaldırılmalıdır.
Yırtıq boğulmasının ilk əlamətləri ağrı və narahatlıqdır. Daha
sonra yaranmış şişkinlik getdikcə artır və şişkinlik üzərindəki
dəri qızarmağa başlayır. Bunun ardınca uşaq yediyi qidanı qusmağa
başlayır. Boğulma aradan qaldırılmadığı təqdirdə getdikcə qusuntu
ödlə qarışıq sarı-yaşıl olmağa başlayır. Nəcis ifrazı olduğu
təqdirdə nəcisində qanın olması artıq bağırsaq divarında
dəyişikliklərin getməsindən ( bağırsaqda çürümənin getməsindən )
xəbər verir.
Yırtıq boğulması həyati təhlükəli bir haldır və təcili cərrahi
müdaxilə edilməsini tələb edir.
Göbəyə dəmir pul (qəpik) yaxud bandaj qoyulması, sağalmaya bir
təsir göstərmədiyi üçün heç bir məna kəsb eləmir.
Dr. Toğrul Ömərov
Uşaq cərrahı
Uşaq cərrahı Op. Dr. Toğrul Ömərov uzun müddətdir ki, Uşaq cərrahiyyəsi ilə bağlı bütün növ patalogiyaların cərrahi və ya mümkün mərhələlərdə konservativ müalicəsi ilə tam şəkildə məşğul olmaqdadır.
Tel.: (050) 672 92 24