...

“İnfeksion və qeyri-infeksion hepatitlərin müalicə və diaqnostikasına müasir yanaşma” mövzusunda elmi konfrans 4 DTT balı ilə qiymətləndirilib

Cəmiyyət Materials 27 Fevral 2023 10:13 (UTC +04:00)

Bakı. Trend:

6 mart 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar” İctimai Birliyinin, “Azərbaycan İnfeksion Xəstəlikləri və Kliniki Mikrobiologiya Cəmiyyəti”-nin və Materia Medica şirkətinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək “İnfeksion və qeyri-infeksion hepatitlərin müalicə və diaqnostikasına müasir yanaşma” mövzusunda Elmi Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilib.

Proqrama uyğun olaraq konfrans ümumi cərrah, terapevt, qastroenteroloq, toksikoloq, infeksionist və laborant ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur.

  • Konfransda iştirak ödənişsizdir!
  • Hərkəs üçün əlçatanlığı təmin etmək məqsədilə Konfrans hibrid formatda həyata keçiriləcək. Belə ki, Konfrans 14:00-dan 18:00-dək əyani şəkildə Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcək.
  • Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
  • Proqramla tanış olmaq üçün link: https://customshospital.az/06-mart-infeksion-ve-qeyri-infeksion-hepatitlerin-mualice-ve-diaqnostikasina-muasir-yanasma/#gsc.tab=0
  • Qeydiyyat linki: https://forms.gle/GyQh3hmk594yu9cEA
Məqalədə:
Xəbər lenti

Xəbər lenti