...

Nərimanov parkı təmir olunacaq

Cəmiyyət Materials 27 Fevral 2023 11:16 (UTC +04:00)
Nərimanov parkı təmir olunacaq
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Nərimanov rayonunun mərkəzi parkı hesab edilən Nərimanov adına istirahət parkında əsaslı təmir işlərinə başlanılır.​

Bakı şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, aparılacaq əsaslı təmir işləri çərçivəsində parkda tamet-daş üzlüklərin dəyişilməsi, müasir oturacaqların quraşdırılması, fontan meydanının yenidən qurulması, yeni yaşıllıq sahələrinin yaradılması nəzərdə tutulur. Eyni zamanda parkın ərazisində yerləşən ictimai-iaşə obyektlərinin fasadlarının müasir üslubda təmiri, yeni işıq dirəkləri, eləcə də uşaqların, gənclərin, həmçinin yaşlı nəslin asudə vaxtlarının səmərəli, sağlam və əyləncəli keçirmələri üçün idman qurğularının quraşdırılması, uşaq meydançası və istirahət guşələrinin yaradılması da planlaşdırılıb.

Abadlıq və təmir işləri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti