...

Səfir Azərbaycanın biomüxtəlifliyin maliyyələşdirilməsi planına qoşulmasını alqışlayıb

Cəmiyyət Materials 27 Fevral 2023 13:18 (UTC +04:00)
Səfir Azərbaycanın biomüxtəlifliyin maliyyələşdirilməsi planına qoşulmasını alqışlayıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın 40-dan çox ölkənin arasında biomüxtəlifliyin maliyyələşdirilməsi planına qoşulduğunu görməyə şadam.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld özünün Twitter səhifəsində yazıb.

"Biomüxtəlifliyin mühafizəsi birinci dərəcəli əhəmiyyət kəsb edir. İstənilən özəl və ya dövlət maliyyələşdirməsi biomüxtəlifliyin qorunması və bərpasını dəstəkləməlidir", - o əlavə edib.

10 bənddən ibarət plan mütləq hüquqi qüvvəyə malik olmayan və təbiətin mühafizəsinin maliyyələşdirilməsindəki qlobal defisitin aradan qaldırılmasının, həmçinin dünya iqtisadi və ictimai səhiyyə üçün biomüxtəliflik üzrə mühüm risklərin idarə olunmasının aydın yolunu müəyyən edən siyasi müddəaları əks etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti