...

Azərbaycanda “Qeyri-maddi mədəni irs haqqında” yeni qanun layihəsi hazırlanıb

Cəmiyyət Materials 28 Fevral 2023 10:41 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda “Qeyri-maddi mədəni irs haqqında” yeni qanun layihəsi hazırlanıb.

Trend-in məlumatına görə, qanun layihəsində qeyri-maddi mədəni irs nümunələri ilə bağlı tələblər müəyyən edilir.

Belə ki, layihəyə əsasən, şifahi xalq yaradıcılığına aid nümunələrin mütləq anonimliyi, qeyri-maddi mədəni irs nümunələrinin şifahi, qeyri-rəsmi və rəsmi formada yaradılması, qorunması və nəsildən-nəsilə ötürülməsi, ərazi, etnik, dini, yaş, gender və sosial meyarlardan birinə və ya bir neçəsinə cavab verməsi və nümunələrin Azərbaycan xalqına, ayrı-ayrı sosial qruplara və ya fərdi şəxslərə mənsubluğu aiddir.

Qeyri-maddi mənəvi irs nümunələrinin qorunmasının maliyyələşdirilməsinə gəlincə, bu məsələ dövlət büdcəsindən ayırmalar, qeyri-maddi mədəni isr sahəsində fəaliyyətdən əldə olunan gəlir və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq.

Qanunun pozulmasına görə şəxslər Mülki və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hallarda məsuliyyət daşıyırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti