...

DYP dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Cəmiyyət Materials 11 Mart 2023 09:06 (UTC +04:00)
DYP dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Baş DYP İdarəsi yollarda müşahidə edilən dumanlı hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

İdarənin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev Trend-ə açıqlamasında bildirib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın digər rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb və bu da sürücülərə ciddi çətinliklər yaradır.

Qeyd olunanları nəzərə alaraq, bütün sürücülərə sürət həddini real vəziyyətə uyğun seçməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, eləcə də ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti