Bakı. Trend:
Yollardakı son vəziyyət açıqlanıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, bu yollarda sıxlıq müşahidə olunur:
1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası
istiqamətində;
3. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası
istiqamətində;
4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz
istiqamətində;
5. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən
Əliyev küçəsi istiqamətində;
6. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən
"Statistika dairəsi" istiqamətində;
7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov
küçəsi ilə kəsişməyə qədər;
8. Zərifə Əliyeva küçəsində;
9. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti
ilə kəsişməyə qədər;
10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
11. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid
Behbudov küçəsi ilə kəsişməyə qədər;
12. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən
Atatürk prospekti ilə kəsişməyə qədər;
13. "20 Yanvar" dairəsində;
14. Ağa Neymətulla küçəsi, "Nəriman Nərimanov" metro stansiyası
istiqamətində sıxlıq müşahidə olunur.