...

AZAL öz sərnişinlərinə Novruz bayramı münasibətilə endirim hədiyyə edir

Cəmiyyət Materials 19 Mart 2023 21:11 (UTC +04:00)
AZAL öz sərnişinlərinə Novruz bayramı münasibətilə endirim hədiyyə edir

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” aviaşirkəti martin 20 və 21-də Novruz bayramı münasibətilə bir sıra məşhur istiqamətlərə 20% güzəşt təklif edir.

Trend xəbər verir ki, təklif 28 mart - 20 aprel 2023-cü il tarixləri arasında həyata keçiriləcək gediş-gəliş reyslərinə şamil edilir.

AZAL-ın 10-dan çox məşhur marşrutu üzrə güzəştli aviabiletlər əldə etmək mümkündür. İstiqamətlər arasında: Milan, London, Praqa, Berlin, Dubay, İstanbul, Antalya, Moskva (“Domodedovo” və “Vnukovo” hava limanları), Sankt-Peterburq, Novosibirsk, Yekaterinburq, Astana və Almatı.

Bu uçuşlara aviabiletləri [email protected] elektron poçtu vasitəsilə çağrı mərkəzinə müraciət edərək, o cümlədən kassalarda və ya aviaşirkətin akkreditə olunmuş agentliklərində əldə etmək mümkündür.

“Azərbaycan Hava Yolları” qarşıdan gələn Novruz bayramı münasibətilə bütün sərnişinləri təbrik edir, sevinc və parlaq anlarla dolu səyahətlər arzulayır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti