...

Mərkəzi Gömrük Hospitalında Almaniyanın Moskvadakı səfirliyinin rəsmi nümayəndəsi ilə görüş keçirilib

Cəmiyyət Materials 30 Mart 2023 11:51 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalında Almaniyanın Moskvadakı səfirliyinin rəsmi nümayəndəsi ilə görüş keçirilib

Bakı. Trend:

29 mart 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalında Almaniyanın Moskvadakı səfirliyinin Şərqi Avropa, Orta Asiya, İsrail və Fələstin reqionları üzrə Daxili Xəstəliklər və Peşə Təbabəti üzrə Tibb zabiti Dr.med.Dagmar Meike Baniş ilə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavinləri – Şahlar Mirqasım, İsmayıl Əfəndiyev və Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev iştirak ediblər.

Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım və İsmayıl Əfəndiyev Tibbi Xidmət İdarəsinin fəaliyyəti, Elmi-Təcrübi Tədris Mərkəzinin həyata keçirdiyi maarifləndirici elmi tədbirlər, eyni zamanda Mərkəzi Gömrük Hospitalında icra olunmuş unikal əməliyyatlar, açıq ürək əməliyyatları, TAVİ əməliyyatı, qaraciyər və böyrək transplantasiyası əməliyyatları barədə ətraflı məlumat veriblər.

Baş həkim Bəxtiyar Musayev qeyd edib ki, Mərkəzi Gömrük Hospitalının klinik şöbələri, laboratoriya və diaqnostika xidmətləri ən innovativ tibbi avadanlıq və cihazlarla təmin edilmiş, pandemiya dövründə ən ağır kovidli xəstələrin müalicəsində ilk dəfə Azərbaycanda məhz Mərkəzi Gömrük Hospitalında ekstrakorporal membran oksigenasiyası (EKMO) cihazından istifadə edilmişdir.

Daha sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev səfirliyin nümayəndəsi Dr.Dagmar Banişı Mərkəzi Gömrük Hospitalının bütün şöbələri ilə tanış edib, hər biri haqqında ətraflı məlumat verib. Dr.Dagmar Baniş Mərkəzi Gömrük Hospitalının fəaliyyətindən məmnun olduğunu bildirərək, qarşılıqlı əməkdaşlıq planları barədə danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti