...

Şabranda müharibə veteranı və şəhid anası üçün qurulmuş təsərrüfatlara baxış olub (FOTO)

Cəmiyyət Materials 31 Mart 2023 18:14 (UTC +04:00)
Şabranda müharibə veteranı və şəhid anası üçün qurulmuş təsərrüfatlara baxış olub (FOTO)

Bakı. Trend:

44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları olan 9,8 min nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov özünüməşğulluq proqramı çərçivəsində Şabranda 44 günlük Vətən müharibəsi veteranı Qəhrəmanov Pənah Məstan oğlu və şəhid anası Həsənova Vəfa Xalid qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, P.Qəhrəmanov ailəlidir, 1 övladı var. O, dülgərlik sahəsində kiçik biznesini yaratması üçün özünüməşğulluq proqramına cəlb edilib. Dünya Bankı ilə birgə icra olunan "Azərbaycanda məşğulluğa dəstək" layihəsi çərçivəsində təlimləri uğurla bitirdikdən sonra bu ilin yanvar ayında aktivlərlə təmin olunaraq dülgər sexini qurub. Həyat yoldaşı və atası da məşğulluq orqanı tərəfindən işlə təmin olunublar.

Şəhid leytenant Həsənov Aqil Nofəl oğlunun anası Vəfa Həsənova isə istəyinə əsasən dönərxana üzrə biznes ideyasını reallaşdırmaq üçün müraciət edib. Özünüməşğulluq proqramı çərçivəsində ötən il aktivlər verilməklə həmin biznes zərfi üzrə kiçik təsərrüfatını qurub. Şəhidin atası Nofəl Həsənov da kənd orta məktəbində işləyir.

Hər iki proqram iştirakçısı qayğı ilə əhatə olunduqlarına, kiçik biznes sahələrini yaratmaları üçün göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək proqramı çərçivəsində həmin kateqoriyalardan olan 17,2 min nəfər məşğulluq proqramlarına, o cümlədən 9,8 min nəfər özünüməşğulluq proqramına cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti