Bakı. Trend:
Aprelin 8-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 176 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 107, ikinci doza vaksinlərin sayı 19, üç və daha çox doza vaksinlərin sayı 44, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 6-dır.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 957 314, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 408 824, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 193, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 273, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 024 nəfər təşkil edir.