...

“Yeni Azərbaycan” qəzetinin 30 yaşı tamam olur

Cəmiyyət Materials 10 Aprel 2023 14:47 (UTC +04:00)
“Yeni Azərbaycan” qəzetinin 30 yaşı tamam olur

Bakı. Trend:

Azərbaycanın müasir mətbuat tarixində öz dəsti-xətti ilə seçilən “Yeni Azərbaycan” qəzeti 30 illik yubileyini qeyd edir.

“Yeni Azərbaycan” qəzeti olduqca çətin və mürəkkəb dövrdə - müstəqilliyini yeni bərpa etmiş Azərbaycan üçün taleyüklü məqamda, Ermənistanın ölkəmizə təcavüzü və torpaqlarımızın işğalı şəraitində yaranıb.

O vaxt respublikada hökm sürən xaos, tənəzzül və böhran vəziyyətində xalqın təşkilatlanması, ictimai-siyasi sabitliyin, milli həmrəyliyin təmin olunması, ölkəmizin ərazi bütövlüyünə qarşı təcavüzün qarşısının alınması və müstəqil dövlət quruculuğunun həyata keçirilməsi zərurətə çevrilmişdi. Belə bir şəraitdə cəmiyyətin qabaqcıl nümayəndələrindən ibarət bir qrup ziyalının müraciəti əsasında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyası yeni, müstəqil Azərbaycan uğrunda tarixi-siyasi məsuliyyəti öz üzərinə götürmüş, real müstəqilliyin təmin olunması və dövlətçiliyin qorunması uğrunda məqsədyönlü və hərtərəfli fəaliyyət göstərməyə başlamışdı. “Yeni Azərbaycan” qəzeti də Heydər Əliyevin lideri olduğu Yeni Azərbaycan Partiyasının ideya-siyasi xəttini, ölkədə baş verən proseslərin əsl mahiyyətini xalqa çatdırmaq, insanların milli məqsədlər ətrafında səfərbər olunmasına – sıx birləşməsinə dəstək göstərmək, vətənpərvər şəxsiyyətlərin real tribunasına çevrilmək məqsədilə 1993-cü il 10 aprel tarixində partiyanın rəsmi orqanı kimi təsis edilib.

Bu günün “Yeni Azərbaycan”qəzeti 30 il əvvəl əsası qoyulmuş prinsiplərə sadiq şəkildə fəaliyyətini davam etdirir. Əminik ki, ötən müddətdəki fəaliyyətin verdiyi qürur və fəxarət hissi nəşri daha böyük uğurlara, yeni yubileylərə daşıyacaqdır.

Trend BİA kollektivi adından “Yeni Azərbaycan” qəzetini 30 illik yubileyi münasibətilə təbrik edir, nəşrin əməkdaşlarına yeni yaradıcılıq uğurları arzulayırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti