...

“Günaydın” restoranlar şəbəkəsində şəhid ailələri üçün iftar süfrəsi təşkil olunub (FOTO)

Cəmiyyət Materials 10 Aprel 2023 16:14 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Günaydın” restoranlar şəbəkəsində şəhid ailələri üçün iftar süfrəsi keçirilib.

Tədbirin əvvəlində vətənimiz uğrunda canından, qanından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra iki qardaş ölkə, Azərbaycan və Türkiyənin himnləri səsləndirilib və daha sonra dualar edilib.

“Günaydın” ət və restoranlar şəbəkəsinin şəriki Cüneyt Hasan tədbir öncəsi bunları deyib:
“Bir vətənin vətən olması üçün ona can vermək, qan vermək gərəkdir. Bu canı, qanı da burada olan anaların övladları verdilər. Biz də onları bir günlük belə olsa bir az xoşbəxt edə bilmək üçün bu gecəni təşkil etdik. Bilsinlər ki, sadəcə bu gün üçün deyil hər zaman onların yanında olacağıq.”

"Ələddin" MMC şirkətinin icraçı direktoru Arzu Fərəcova bunları deyib:

Bizə çox gözəl təklif gəldi ki, şəhid analarımız üçün belə bir iftar süfrəsini təşkil edək. Mən də sevə-sevə qəbul etdim. Allah ehsanımızı qəbul etsin.

Qeyd etmək istərdik ki, şəhid ailələri üçün iftar süfrəsi davamlı təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti