...

“Norm” ASC mətbuat nümayəndələrinə iftar süfrəsi açıb (FOTO)

Cəmiyyət Materials 19 Aprel 2023 17:06 (UTC +04:00)
“Norm” ASC mətbuat nümayəndələrinə iftar süfrəsi açıb (FOTO)

Bakı. Trend:

Müqəddəs Ramazan ayı münasibətilə “Norm” ASC tərəfindən mətbuat nümayəndələri üçün iftar süfrəsi açılıb.

Mətbuat Şurasından nüfuzlu qonaqlar və müxtəlif media orqanlarından bir çox nümayəndə iftar məclisində iştirak edib.

Səmimi ünsiyyət mühitində keçən görüş media nümayəndələri ilə həm də peşəkar münasibətləri və əməkdaşlığı genişləndirməyi təşviq edib.

“Norm” ASC hər zaman milli-mənəvi dəyərlərə sadiq qalan bir təşkilat olaraq belə tədbirlərin keçirilməsinə böyük əhəmiyyət nümayiş etdirir və xüsusilə də, mübarək Ramazan ayında iftar süfrələrinin təşkili şirkət üçün ənənəvi xarakter daşıyır. Eyni zamanda, media ilə kommunikasiyanın yüksək səviyyədə təşkili şirkətin daim diqqət mərkəzindədir.

Qarşıdan gələn Ramazan bayramı münasibətilə “Norm” ASC hər kəsi təbrik edir, ölkəmizə sülh və sabitlik, xalqımıza yüksək rifah və bol ruzi-bərəkət diləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti