...

Bakıda Dünya Kuboku: Azərbaycan gimnastları dörd finalda mübarizəyə qoşulurlar

Cəmiyyət Materials 23 Aprel 2023 07:47 (UTC +04:00)
Bakıda Dünya Kuboku: Azərbaycan gimnastları dörd finalda mübarizəyə qoşulurlar
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 23-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya Kubokunun final yarışları keçiriləcək.

Trend xəbər verir ki, yarışlar saat 11:55-də start götürəcək.

Bədii gimnastika üzrə Dünya Kubokunun final günündə altı dəst medal oynanılacaq (dördü fərdi hərəkətlərdə, ikisi isə qrup hərəkətlərində).

Həmçinin ənənəyə uyğun olaraq, qrup hərəkətlərində çıxışa görə ən yüksək xal toplamış idmançıya və komandaya AGF Trophy Kuboku veriləcək.

Azərbaycan yığması Dünya Kubokunun dörd finalında təmsil olunur: Zöhrə Ağamirova top və gürzlərlə proqram nümayiş etdirəcək, qrup hərəkətlərində isə komanda əvvəlcə beş halqa, daha sonra isə üç lent və iki top ilə kompozisiya təqdim edəcək. Komandada Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina yer alır.

Qeyd edək ki, aprelin 21-23-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışları keçirilir. Yarışlarda dünyanın 40 ölkəsindən fərdi və qrup hərəkətləri proqramı üzrə çıxış edən 135 gimnast iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti