...

Əməkhaqqı fondu 6 faiz artıb

Cəmiyyət Materials 26 Aprel 2023 10:14 (UTC +04:00)
Əməkhaqqı fondu 6 faiz artıb

Bakı. Trend:

Əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 0,5 faiz və ya 9 493 müqavilə artaraq 1 milyon 755 min 802-ə çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, əməkhaqqı fondunda 6 faiz artım qeydə alınıb.

Məşğulluq imkanlarının artırılmasına, qeyri-rəsmi məşğulluğun leqallaşmasına yönələn kompleks tədbirlər nəticəsində əmək müqavilələrinin sayında artım davam edir.

Bu ilin birinci rübündə də ölkəmizdə əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 9 493 müqavilə və ya 0,5 faiz artaraq 1 milyon 755 min 802-yə çatıb.

Aparılan əməkhaqqı islahatları və əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunun da davamlı olaraq artması ilə nəticələnir. 2023-ci ilin yanvar-mart aylarında əməkhaqqı fondunda daha 6 faiz artım qeydə alınıb.

Ümumilikdə son 5 ildə əmək müqavilələrinin sayında 34 faiz, əməkhaqqı fondunda 2,5 dəfə artım baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti